Əlçatmazlıq qütbü (Antarktika stansiyası)
Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi.
Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir.
Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur.
17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş.
26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir.